Plastik şüşələrdən bina istehsalı tez-tez təbii fəlakətlər yaşayan, inkişaf etməmiş şəhərlər üçün futuristik bir dizayn ola bilər. Waterstudio tərəfindən hazırlanan plastik şüşələrdən binalar ilk olaraq Banqladeşdə xidmətə daxil olacaq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Banqladeş daşqın, fırtınalar və dəniz səviyyəsinin yüksəlməsi mövzusunda dünyadakı ən həssas ölkələrdən biridir. 2016-cı ildə Banqladeş, ölkə tarixində rekord deyilə biləcək şəkildə dörd qüvvətli fırtına yaşadı. Bundan əlavə, 2050-ci ilə qədər, dəniz səviyyəsinin yüksəlməsi də gələcək üçün narahatlıqlara səbəb olur. Ölkənin aparıcı iqlim alimi Atiq Rəhmana görə, ərazinin 17%-i su ilə örtülə bilən və Banqladeşdə 18 milyon insanın həyatı təhlükəyə məruz qala bilər.
Waterstudio adlı Amsterdam mərkəzli bir memarlıq firması fəlakətlər nəticəsində insanların evlər, məktəblər, iş yerləri kimi sahələrdə etibarda qalmasını təmin edəcək bir dizayn reallaşdırdı. Fırtınalara dayanıqlı quruluşda olan, plastik şüşələr ilə yaradılan üzən strukturlar daşına bilən xüsusiyyətdədir. Su filtrləmə sistemləri, tibbi klinikalar və ya evlər də daxil olmaq üzrə müxtəlif istifadə növləri üçün xüsusiləşdirilə bilər.
Waterstudio, noyabr ayının sonlarında Daka, Banqladeşdə City Apps adında bu strukturların beşini təslim edəcək. Strukturlardan biri 20 planşet stendi və iki təhsil ekranı ehtiva edən bir sinif olacaq. Axşam internet kafe olaraq da istifadə edilə biləcək.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin