"Qarabağ"ın ürəkləri fəth edən çıxışından sonra futbol ölkəmizdə qadınlar arasında populyarlaşmağa başlayıb.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə də bunu müşahidə etmək olar. Artıq xanımlar futbol haqqında müzakirə aparır, maraqlı qolları bir-biri ilə paylaşır və öz sevimli oyunçuları haqqında fikir bildirirlər.

Bu mövzu ilə əlaqədar novosti.az-ın müxbiri xanımlar arasında sorğu keçirib:

Futbolçular haqqında söhbət açılanda ağlınıza ilk kim gəlir?

10. Rəşad Sadıqov. 8% xanımlar Azərbaycan milli komandası və "Qarabağ"ın kapitanının adını çəkib.

Azərbaycanlı xanımların ən çox bəyəndiyi 10 futbolçu - SORĞU - FOTO

9. Maksim Medvedev. Xanımlar Rəşad Sadıqovu onun brutal görünüşünə və güc xarakteristikalarına görə tanıyırlarsa, Maksim gözəl gözlərinə görə tanınır. 10, 12% xanım onun adını çəkəndə "Maksimin gözəl gözləri var" cümləsindən istifadə ediblər.

Azərbaycanlı xanımların ən çox bəyəndiyi 10 futbolçu - SORĞU - FOTO

8. Devid Bekhem. Özünə xas oyun tərzi və 2011-ci ildə ən çox maaş alan oyunçu statusunu götürən ingilis futbolçu 20% səs toplaya bilib.

Azərbaycanlı xanımların ən çox bəyəndiyi 10 futbolçu - SORĞU - FOTO

7. Françesko Totti. Bütün karyerası boyunca (red. 1992-2017) "Roma"nın şərəfini qoruyan kapitan siyahımızda 7-ci yerdə qərarlaşıb.

Azərbaycanlı xanımların ən çox bəyəndiyi 10 futbolçu - SORĞU - FOTO

6. Del Piero. 19 il boyunca "Yuventus" formasını tərlədən oyunçu 6-cı ən çox tanınan oyunçu olub.

Azərbaycanlı xanımların ən çox bəyəndiyi 10 futbolçu - SORĞU - FOTO

5. Qurban Qurbanov. İlk beşliyi "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov tamamlayıb. Azərbaycan milli komandasında ən çox qol vurmuş oyunçu seçilən Qurbanovun adını sorğuda iştirak edən xanımların 20%dən çoxu çəkib.

Azərbaycanlı xanımların ən çox bəyəndiyi 10 futbolçu - SORĞU - FOTO

4. Lionel Messi. Argentina yığmasının və "Barselona"nın ulduzu Messi 30% xanımlar tərəfindən tanınır.

Azərbaycanlı xanımların ən çox bəyəndiyi 10 futbolçu - SORĞU - FOTO

3. İlhan Mansız. 10-luğun 3-cüsü 40% səs toplayan Türkiyə futbolçusu İlhan Mansızdır.

Azərbaycanlı xanımların ən çox bəyəndiyi 10 futbolçu - SORĞU - FOTO

2. Neymar. Liderlikdən bir addım geridə isə Braziliya yığması və PSJ-nin gənc ulduzu Neymardır.

Azərbaycanlı xanımların ən çox bəyəndiyi 10 futbolçu - SORĞU - FOTO

1. Kriştianu Ronaldu. Hər kəsdən çox səs toplayan və ilk pillədə yerləşən oyunçu isə portuqal ulduz Ronaldudur.

Azərbaycanlı xanımların ən çox bəyəndiyi 10 futbolçu - SORĞU - FOTO

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində