"Real"ın futbolçusu Qaret Beyl İspaniya La Liqasının 14-cü turunda "Atletik"lə oyunu buraxacaq.

Milli.az qol.az-a istinadən xəbər verir ki, zədəsini yeni sağaldan uelsli yarımmüdafiəçi İspaniya kubokunun 1/16 finalında "Fuenlabrada" ilə matçdan sonra özünü yaxşı hiss etməyib. O, hətta komandanın məşqini buraxıb.

Bu səbəbdən baş məşqçi Zinəddin Zidan Q.Beylə sözügedən görüşdə oynatmamağa qərar verib. O, yenidən oyunçunu zədələnməsindən ehtiyat edərək bu addımı atıb.

Qeyd edək ki, "Atletik" - "Real" görüşü dekabrın 2-i keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində