"Naxçıvanda məzar daşlarının forması ilə bağlı qərar təsdiqlənəcək qaydalara uyğundur. Gələcəkdə Azərbaycanın digər yerlərində də məzar daşları Naxçıvandakı kimi olacaq. Məzarlar biri digərindən kəskin şəkildə fərqlənə bilməz".
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Dövlət Komitəsinin sədri Bakıda qəbiristanlıqlarda məzar yerlərinin çatışmazlığı məsələsinə də münasibət bildirib. O qeyd edib ki, məzar yerləri pulla satıla bilməz. Yeni hazırlanan qanun layihəsində də bu öz əksini tapıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə bütün qəbirüstü abidələr bir formada olacaq.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin