Katolik dünyasının ruhani lideri Papa Fransis Asiya turu çərçivəsində Mayanmadan Banqladeşə gedib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Myanmada "Rohinca müsəlmanları" ifadəsini işlətməyən Roma Papası Banqladeşdə onlarla görüşüb.
Fransis müsəlman qaçqınlarla görüşündə ilk dəfə "Rohincalar" ifadəsini də dilə gətirib:
"Qəlblərimizi bağlamayaq. Arxamızı çevirməyək. Tanrının varlığı bu gün Rohincada təcəlli edir".
Qeyd edək ki, Myanmada zülmə məruz qalan yarım milyon müsəlman Banqladeşə sığınıb.
Milli.Az