Modelyer sevgilisi Selina Loksın yeni kolleksiyasının təqdimatında iştirak edən braziliyalı veteran futbolçu Ronaldonun arıqladığı görünüb.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Hipotroid" səbəbindən kökəlməyə meyilli olan və arıqlamaqda çətinlik çəkən "Yekədiş" ləqəbli əfsanəvi futbolçunun bu ilin yanvarında və noyabrında çəkilən fotoları arasında böyük fərq var.

Qeyd edək ki, yanvar ayında Kriştianu Ronaldunun "Ballon d'Or" mükafatını "Santyaqo Bernabeu" stadionunda qaldırdığı mərasimə Luiş Fiqu, Zinəddin Zidan və Ronaldo ilə qatılan Maykl Ouen keçmiş komanda yoldaşına sosial mediada söz atmışdı. Veteran inglis futbolçu tədbirdən sonra "Twitter"də "Köhnə dostum Ronnieni görənə qədər kökəldiyimi düşünürdüm" yazmışdı.

Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində