Məşhur amerikalı müğənni, əslən Barobadosdan olan Rianna vətəninə yollanıb.

O, Barbadosun 51-ci Müstəqillik Gününü yerli sakinlərlə birlikdə qeyd edib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 29 yaşlı müğənni təntənəli mərasimə qısa ətəkli, sarı rəngli "Hellessy Spring," donunda qatılıb.

Barbadosun paytaxtı Brictaundakı küçələrdən birinə Riannanın adı verilib.

Riananın valideynlərinin evinin yerləşdiyi "Westbury New Road" indi "Rihanna Drive" adlanır.

Müğənninin son həftələrdə yenidən kökəldiyi də diqqətdən yayınmayıb.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin