"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Banqladeş polisinin nümayəndəsi Sayfulla İslam A.Ullanın həyat yoldaşı ilə yanaşı, iki ailə üzvünün saxlandığını söyləyib.
"Onların hər üçü dindirilmək üçün saxlanılıb", - S.İslam bildirib.
Qeyd edək ki, dekabrın 11-də Nyu-Yorkda yeraltı keçiddə partlayış baş verib. İlkin məlumatlara görə, şübhəli Akayed Ullanın bədəninə aşağı keyfiyyətli improvizə edilmiş partlayıcı qurğu bərkidilib və o, qəsdən bombanı aktivləşdirib. Nyu-Yorkun yanğınsöndürmə xidmətinin məlumatına görə, şübhəli yanıq və kəsik, yaxınlıqdakı digər üç nəfər isə yüngül bədən xəsarətləri alıb.