Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin rəmzi komandasını açıqlayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin 91 jurnalisti arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, ilk on birlikdə aşağıda adları qeyd olunan futbolçular yer alıb
Qapıçı: Canluici Buffon (İtaliya,"Yuventus") - 52% səs,
Müdafiəçilər: Dani Alves (Braziliya,"Yuventus" / PSJ) - 48%, Serxio Ramos (İspaniya, "Real") - 75%, Leonardo Bonuççi (İtaliya, "Yuventus" / "Milan") - 41%, Marselo (Braziliya, "Real") - 70%
Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya, "Real") - 53%, Toni Kroos (Almaniya, "Real") - 46%, Kevin De Bruyne (Belçika, "Mançester Siti") - 37%
Hücumçular: Kriştiano Ronaldo (Portuqaliya, "Real") - 86%, Lionel Messi (Argentina, "Barselona") - 93%, Neymar (Braziliya, "Barselona" / PSJ) - 62%
Baş məşqçi: Zinəddin Zidan (Fransa, "Real") - 66%
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində