O, Bosniya və Herseqovina Futbol İttifaqındakı yüksək vəzifəli məmurun bu variantı təsdiqlədiyini bildirib. Prosineçkiyə hücum futbolu oynatması səbəbindən üstünlük verildiyi vurğulanıb. Digər tərəfdən, yerli futbol qurumu türkiyəli Fatih Terimlə danışıqlardan müsbət nəticə əldə edə bilmədiyi üçün bütün diqqətləri 48 yaşlı xorvatiyalı mütəxəssisə yönəldib.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin sabiq baş məşqçisi Mehmed Bajdareviç, komandaya DÇ-2018-ə vəsiqə qazandıra bilmədiyi üçün istefaya göndərilib. Robert Prosineçkinin isə bu ay Azərbaycan millisi ilə başa çatan 3 illik müqaviləsinin müddəti uzadılmayıb.