Dini Qurumlar üzrə Dövlət Komitəsi İraqda olan azərbaycanlı uşaqların geri qaytarılması məsələsini diqqətdə saxlayır.

Milli.Az Trend-ə istinadən xəbər veirr ki, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, orada olan Azərbaycan vətəndaşların taleyi müvafiq qurumların tam diqqətindədir:

"Bununla bağlı tədbirlər görülür. Azərbaycanın müvafiq qurumları İraqda olan uşaqların Azərbaycana gətirilməsi istiqamətində işlər görür. Artıq uşaqların bəziləri gətirilib. Bu proses davam edir".

Milli.Az