Müğənni Rihanna yeni pomada kolleksiyasını təqdim edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, "Fenty Beauty" adlı markada bu dəfə pomadalar qeyri-adi rəngləri ilə fərqlənir.
Kolleksiyasını özü nümayiş etdirən Rihanna bildirib ki, pomadaların fərqli rənglərdə olmasını özü istəyib:
"Göstərmək istədim ki, hər dəri rənginə uyğun pomada tapmaq mümkündür. Sübut etdim ki, pomada dəhşətli bir şey deyil, o, şən əhval-ruhiyyə yaradır".
"Fenty Beauty"in yeni kolleksiyanın hansı qiymətdə satışa çıxarılacağı isə hələ ki, bəlli deyil.
Milli.Az