Bu gün dünyada mövcud problemlər fonunda dinlərarası dialoqa böyük ehtiyac var.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda deyib.
M.Qurbanı bildirib ki, bu gün dünyada sürətlə silahlanma müşahidə olunur, münaqişə ocaqları mövcuddur:
"Bütün bunların fonunda dinlərarası dialoqa böyük ehtiyac var və Bakıda başlayan bu proses davam etdirilməlidir".
Komitə sədri, həmçinin vurğulayıb ki, dünyada həmrəylik mədəniyyətinə böyük ehtiyac var.
Milli.Az