Türkiyənin "Qalatasaray" klubu Fatih Terimlə danışıqlara başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, baş məşqçi vəzifəsi tezliklə 64 yaşlı mütəxəssisə həvalə olunacaq.

Artıq Terimin özü də sosial şəbəkədə "Harada qalmışdıq?" - deyə paylaşım edib. Onun artıq dekabrın 24-də Super Liqada XVII turun "Göztəpə" ilə oyununda "Qalatasaray"ın sükanı arxasında olacağı gözlənilir.

Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub.

O, "sarı-qırmızılar"a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kuboku, 1 dəfə isə "Emirates Cup" qazandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində