Türkiyənin "Qalatasaray" futbol komandasının yeni baş məşqçisi Fatih Terim köməkçilərini müəyyənləşdirib.

Milli.Az report-a istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis Hasan Şaş və Yohan Elmanderlə çalışacaq.

Hər iki köməkçi-məşqçi futbolçu kimi vaxtilə "sarı-qırmızı" formanı geyinib. Hazırda 41 yaşı olan Şaş 1998 - 2009-cu illərdə, 36 yaşlı isveçli isə 2001 - 2004-cü illərdə İstanbul komandasında çıxış edib.

Qeyd edək ki, "Qalatasaray" Fatih Terimlə bu gün rəsmi müqavilə bağlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində