2017-ci il Rihanna üçün düşərli oldu: əvvəla, o, planetin ən dəbli xanımı statusu aldı, ikincisi isə ərəb milyarder Həsən Cəmillə sevgili oldu.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni dostları ilə əyləncəyə gedərkən görüntülənib. Başdan-ayağa qara geyinən Rihanna qırmızı dodaq boyası və dəri libas seçimi ilə seksual obraz yaradıb.

Saçını toplayan ifaçı dekoltesindən də qalmayıb. Əhvalı yüksək olan Rihanna paparassiləri salamlayaraq məkana daxil olub.

Milli.Az