Müğənni Rita Ora da qızıl diş taxdıran məşhurlar sırasına daxil olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 26 yaşlı ifaçı bu barədə sosial mediada foto paylaşaraq məlumat verib.
Sevənlərinin bəziləri Ritanı bu halı ilə bəyənsə də, çoxu "Çürük dişə oxşayır" qeydini yazıblar.
Qeyd edək ki, dünya ulduzları arasında Madonna, Castin Biber, Rihanna, Mayli Sayrus, Ledi Qaqa, Kendal Cenner də qızıl diş sahibləridir.
Milli.Az