"Report" xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Söz azadlığı və dini icmalar" mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, din sahəsində az bilgi ilə müəyyən istiqamətdə mövqe sərgiləmək asan iş deyil.
Komitə sədri əlavə edib ki, bu gün dindən sui-istifadə halları müşahidə edilir: "Bəziləri radikal qruplar yaradaraq bölgələrdə müəyyən qarşıdurmalara, faciələrə səbəb olaraq bu və ya digər formada dünyaya təsir göstərirlər. Bu səbəbdən dünyada dialoqa, əməkdaşlığa ehtiyac var".