"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, nəticədə Azərbaycanda radikal qrupların əsasları, onların hansısa formada kök atması və bu istiqamətdə genişlənmələrinin qarşısı alınıb.
"Əminik ki, Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Ölkədə din amilindən sui-istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhd yolverilməzdir. Bu hərəkəti etməyə imkanı olan qruplar yox dərəcəsindədir. Azərbaycan İslam aləmində bu yöndə özünəməxsus rolu olan ölkələrdən biridir" - deyə komitə sədri əlavə edib.