Yenicə "Qalatasaray"ın "sükanı arxasına" keçən Fatih Terim rəhbərliyə komandasında görmək istədiyi futbolçuların adlarını təqdim edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "İmperator"un siyahısında ilk sırada hazırda "Antalyaspor"da top qovan kamerunlu hücumçu Samuel Etonun adı yer alıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Terimin mövsümün ikinci yarısında 4-4-2 taktikasından istifadə etməyi planlaşdırdığı, bunun üçün isə 36 yaşlı forvardı komandasında görmək istədiyi qeyd edilib.

"Antalyaspor" rəhbərliyinin kamerunlu futbolçunu göndərməyin əleyhinə olmadığı deyilir.

Milli.Az