"Real"ın baş məşqçisi Zinəddin Zidanın oğullarından biri Enzo Zidan karyerasını İsveçrə çempionatında davam etdirəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Alaves" 22 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Enzo "Lozanna" klubunda çıxış edəcək. Bu komanda 19 turdan sonra turnir cədvəlində 5-cidir.
Gənc futbolçu ötən yay "Real"dan "Alaves"ə keçmişdi. Mövsümün ilk yarısında bask klubunun heyətində 4 oyuna çıxan havbek ümumilikdə 155 dəqiqə meydanda olmuşdu.
Milli.Az