Ötən yay "Qalatasaray"a transfer olunan Sedrik Karrasko yenidən Fransa Liqasına qayıtmaq istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, baş məşqçi Fatih Terimin planlarına daxil olmayan 36 yaşlı qolkiperin agenti bəzi Liqa 1 klubları ilə danışıqlar aparır.

Uzun müddət "Bordo"da kapitan olduqdan sonra 2017-ci ilin yayında "sarı qırmızılar"la 1 illik müqavilə imzalayan Karrasko komandanın 3-cü qapıçısı statusuna enib. Təcrübəli əlcək ustası yalnız Türkiyə Kubokunda "Sivas Bələdiyə" ilə oyunda meydana çıxmşdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində