İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem son iki ildə 29 milyon funt sterlinq gəlir əldə edib.
Milli.Az report-a istinadən xəbər verir ki, 42 yaşlı veteran futbolçunun aylıq kommersiya gəliri təqribən 1,25 milyon funt sterlinq təşkil edib.
Bildirilir ki, Bekhemin 2017-ci ildəki qazancı 18,75 milyon funt sterlinq olub. 2016-cı ildə isə bu göstərici 10,2 milyon funt sterlinqdir.
Qeyd edək ki, Devid Bekhem karyerası ərzində İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid", ABŞ-ın "Los-Anceles Qelaksi", İtaliyanın "Milan" və Fransanın PSJ klublarının formasını geyinib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində