"Qalatasaray"ın yeni baş məşqçisi Fatih Terimin bütün köməkçiləri müəyyənləşib.
Metbuat.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Terim İstanbul klubunda Hasan Şaş , Ümit Davala və Klaudio Taffarel ilə çalışacaq.
“Sarı-qırmızılar”ın sabiq qolkiperi Taffarel qapıçılarla işləyən məşqçi olacaq.