"Qalatasaray"a yenidən baş məşqçi təyin olunan Fatih Terim artıq komandanın heyətində təmizliyə start verib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Naycel De Yonqun müqaviləsinə xitam verilib.
Hollandiyalı futbolçu bu mövsüm heç bir oyunda meydana çıxmayıb.
Qeyd edək ki, daha əvvəl "Milan" və "Mançester Siti" kimi klublarda da çıxış etmiş De Yonq 2016-cı ilin avqustunda 2.5 milyon avro qarşılığında 2 il müddətinə "Los Anceles Qalaksi" klubundan transfer edilmişdi.
Milli.Az