"İnter"lə yeni müqavilə bağlamaqdan imtina edən Mauro İkardi "Real"dan təklif gözləyir.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, cari mövsümdə sərgilədiyi oyunla bir çox klubun diqqətini cəlb edən argentinalı forvard, Madrid təmsilçisində çıxış etməyi arzulayır. Bu barədə məlumatı İspaniyanın AS nəşri yayıb. Xəbərdə "kral klubu"nun prezidenti Fernando Peresin də hücumçunun xidmətində maraqlı olduğu vurğulanıb.
Lakin "Real"ın baş məşqçisi Zinəddin Zidan fərqli fikirdədi. Fransalı mütəxəssis 24 yaşlı futbolçunu yox, "Leyptsiq"in hücumçusu Timo Verneri komandasında görmək istəyir. Zidan Pereslə görüş zamanı Kərim Benzemanı hələ də komandanın əsas hücumçusu kimi gördüyünü, buna görə, ikinci hücumçu kimi İkardini yox, Verneri istədiyini deyib.
Mauro İkardi cari mövsümdə şans qazandığı 21 oyunda 17 qol, 1 məhsuldar ötürməyə imza atıb. Verner isə cari mövsümdə meydana çıxdığı 23 matçda 12 qol vurub, 3 qol ötürməsi edib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində