Yamaykalı sabiq yüngül atlet, səkkizqat Olimpiya çempionu Useyn Bolt futbolçu olacağını bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Useyn Bolt bildirib : "Mart ayında "Borussia Dortmund" ilə məşqlərə başlayacam. Əgər yaxşı olduğumu desələr, davam edəcəm".

U.Bolt qeyd edib ki, oyunu artıq daha yaxşı anlıyıram: "Çox sayda oyunlar izləyirəm. Oyunu artıq daha yaxşı anlayıram. Oynayacağım mövqeni hələ seçməmişəm, hər kəsin fikirinə qulaq asacağam".

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin