MLS klubu "Orlando Siti"də çıxış edən 22 yaşlı forvardla 3+1 illik anlaşma əldə olunub. Larin tezliklə İstanbula gələrək, rəsmi müqaviləyə imza atacaq. O, yanvarın 10-da yeni komandasının Antalyada toplanışına qatılacaq.
Qeyd edək ki, Yamayka əsilli Kayl Larin ötən mövsüm 28 oyuna 12 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. Kanada millisində isə o, 21 matçda 5 dəfə fərqlənib.