Yüngül atletika üzrə 8 qat Olimpiya çempionu Useyn Bolt peşəkar futbol karyerasına başlamaq arzusundadır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, yamaykalı sprinter yazda baxışdan keçəcəyini qeyd edib.
"Zədə geridə qaldı, yenə yaxşı formadayam. Martda "Borussiya"nın düşərgəsində baxışda olacam. Bundan sonra futbol karyerama başlamağın nə dərəcədə real olması müəyyənləşəcək. Dortmund klubunda mənə desələr ki, hələ məşq etmək lazımdır, buna əməl edəcəm.
"Mançester Yunayted"lə müqavilə imzalamaq arzum var. Aleks Ferqyussonla danışdım və mənə görə "Yunayted"dən söz almasını istədim. Dedi ki, lazımınca hazırlaşsam və formada olsam, bir şey etməyə çalışacaq".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində