Karib dənizi üzərində 7.6 bal gücündə zəlzələ meydana gəlib.
Metbuat.az xəbər verir ki, Amerika Geoloji Araşdırma Mərkəzi zəlzələnin episentrinin yerin 10 km dərinliyində yerli saatla axşam 20:51-də meydana gəldiyini bildirir.
Zəlzələnin şiddəti Meksika, Nikaraqua, Qvatemala, Salvador, Beliz, Yamayka, Kuba kimi ölkələrdə də hiss edilib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.
Aysel Yaqubqızı / Metbuat.az