Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə,vətəndaşların qəbulu yanvar ayının 30-da keçiriləcək.
Qəbul Şirvan şəhər Heydər Əliyev Mərkəzində (M.Ə.Rəsulzadə küçəsi,8) saat 11:00-da baş tutacaqdır. Qəbulda Salyan, Şirvan, Neftçala, Biləsuvar və Hacıqabul rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.