Rihanna rəqsi ilə “Qremmi” gecəsinə damğa vurdu.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, son vaxtlarda şeyx sevgilisi və artıq çəkisi ilə tez-tez gündəmə gələn müğənni “Qremmi” mükafatlarının təqdimolunma mərasimində çıxış edib. Kendrik Lamar ilə dueti “Loyalty” ilə “Ən yaxşı rep mahnısı” mükafatını qazanan ulduzun səhnə şousu uzun müddət alqışlanıb.

Rihanna DJ Khaled və Bryson Tiller ilə birlikdə səhnəyə çıxıb. “Wild That” (Vəhşi düşüncələr) adlı mahnısını səsləndirib. Rihanna vəhşi rəqsi ilə gecəyə damğa vurub.

Mayli Sayrus isə səhnəyə Elton Conla çıxıb. O, Rihannadan fərqli olaraq bəlkə də karyerasının ən sakit ifasını edib. O, royalın yanında dayanıb mahnısını ifa etməklə kifayətlənib. Qalmaqallı müğənni geyim seçimində də sadəliyə üstünlük verib.

Səhnəyə mələk obrazında çıxan Ledi Qaqa tamaşaçılara unudulmaz musiqi dəqiqələri yaşadıb.