Rusiyadan Kubaya uçan təyyarə ABŞ-da məcburi eniş edib
Paylaş
139 baxış·1 dəq oxu
Bakı. 31 yanvar. REPORT.AZ/ Rusiyadan Kubaya uçan "Azur Air" aviaşirkətinə məxsus təyyarə mühərrikində yaranan nasazlıq səbəbindən ABŞ-ın Nyu-Cersi ştatındakı hava limanına məcburi eniş edib. "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə yerinə Rusiyanın Nyu-Yorkdakı baş konsulluğunun diplomatları yollanıb. Təyyarənin göyərtəsində 294 sərnişin və 14 ekipaj üzvü olub. Onlar hazırda hava limanının gözləmə zonasındadır.