ABŞ-ın Dövlət katibi Reks Tillerson Venesuela prezidenti Nikolas Maduroya Kubaya getməyi məsləhər görüb.

Metbuat.az-ın məlumatına görə o, Texas universitetində çıxışı zamanı bildirib ki, Birləşmiş Ştatlar Venesuleda rejimin dəyişməsini tələb etmir. Lakin Vaşinqtonda hesab edirlər ki, Maduronun hakimiyyətdən könüllü getməsi ölkədəki problemin ən sadə həlli yolu olardı.

“Hesab edirəm ki, dəyişiklik olacaq. Amma biz dinc yolla dəyişiklik istəyirik. Rejimin dinc yolla dəyişməsi onun güc yoluyla devrilməsi alternativindən həmişə yaxşıdır. Maduro isə Kubadakı dostlarının yanına getsin”.

Sübhan / METBUAT.az