Kubanın sabiq lideri Fidel Kastronun böyük oğlu Fidel Kastro Dias-Balart Havananın Xristofor Kolumb adına qəbirstanlığında dəfn edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, kiçik Kastronun dəfn mərasimində onun dostları, qohumları və Kuba hökümətinin yüksək vəzifəli üzvləri olub.
Qeyd edək ki, Fidel Kastro Dias-Balart fevralın 1-də intihar edib. 68 yaşlı kiçik Kastro bir neçə ay ağır depressiya ilə əlaqədar xəstəxanada həkim nəzarətində olub.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin