Nepalın paytaxtı Katmandunun beynəlxalq hava limanının yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.

Banqladeşin “US-Bangla” özəl aviaşirkətinə məxsus təyyarə eniş zamanı uçuş-eniz zolağına düşə bilməyib.

Təyyarə aeroport yaxınlığındakı futbol meydançasına düşüb. Qəzadan sonra təyyarədə yanğın başlayıb.

Hadisə nəticəsində həlak olanların olduğu bildirilsə də, bu barədə rəsmi məlumat verilməyib. (trend)