Prezident İlham Əliyev Banqladeş Prezidenti Md. Əbdül Həmidə təbrik məktubu göndərib.
Publika.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, Banqladeş Xalq Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Banqladeş xalqına sülh və tərəqqi diləyirəm".