Digər dünya ölkələrindən fərqli olaraq ABŞ-da basketbol matçlarına böyük maraq var. Hətta şou-biznesin və kinonun məşhur ulduzları bu matçların tribunasından göstərdikləri çılğınlıqla diqqət mərkəzinə düşürlər.
Milli.Az çılğın basketbol azarkeşi olan məşhurları təqdim edir:
Zlatan İbrahimoviç
ABŞ-a köçdüyü gündən gündəmdən düşməyən məhsuldar futbolçu ilk günlərdən özünü NBA matçlarının tribunalarına atıb. Futbolçu dünən axşam "La Lakers" - "Minnesota" oyununu canlı izləyib. Tamaşaçılar isə matçdan daha çox İbrahimoviçə maraq göstərib.
Bella Hadid
Basketbol tribunalarının ən çılğın azarkeşi olan məşhur model "Nyu York Knicks" - "Los Anceles Lakers" matçına öz damğasını vurub. 2017-ci ildə karyerasının pik nöqtəsinə qalxan model moda sahəsindəki boşluqdan istifadə edərək basketbol matçlarına gedir.
Adriana Lima
"Viktoriya Sekret" modeli Adriana Lima "Los Anceles Lakers" - "Bruklin Nets" komandalarının oyununu canlı izləyib. Dərin sinə dekoltesi ilə bütün diqqətləri üzərinə çəkən model basketbol matçlarının "bəxtsiz gözəli"nə çevrilib. 35 yaşlı modelin həm sinəsi çöldə qalıb, həm də corabı süzülüb.
Şakira və Pike
"Nyu York Knicks" - "Filadelfiya" matçını canlı izləyən cütlük uşaqlarını da matçlara aparır.
Rihanna
NBA finallarının ilk matçlarında "Varriors" ilə "Kavalers" komandaları qarşılaşarkən azarkeşlər arasında Rihanna da olub. Rihanna matç boyu basketboçu Kevin Durantın diqqətini yayındırmağa çalışıb. (publika.az)
Milli.Az