Azərbaycan İlahiyyat İnstitutu Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin nəzdində fəaliyyət göstərəcək.
Publika.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Dövlət Komitəsinin sədri bildirib ki, institut üçün kampus tikiləcək:"Hələ ki, İlahiyyat İnstitutu Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin nəzdində fəaliyyət göstərəcək. Sonrakı mərhələdə İlahiyyat İnstitutu üçün ayrıca binanın verilməsi və ya kampusun tikilməsi nəzərdə tutulub".
Mübariz Qurbanlı qeyd edib ki, bu il İlahiyyat Institutuna qəbul keçiriləcək: "İlkin mərhələdə İnstituta iki fakültə üzrə 60 nəfər qəbul ediləcək. Burada təhsil ödənişsizdir".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlahiyyat İnstitutun yaradılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılacaq.