Çempionlar Liqasının finalında Liverpool-a qalib gələn Real bir çox ilki rəsmiləşdirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "kral klubu" 3:1 hesablı qələbə ilə ardıcıl 3-cü dəfə Avropanın ən güclüsü adını qazanıb.
2016, 2017 və 2018-ci illərdə də bu mükafata sahib olan madridliləri bu nəticəyə Zinəddin Zidan çatdırıb. Fransalı mütəxəsis oyunçu kimi də Real forması ilə kuboku başı üzərinə qaldırmışdı.
Madrid təmsilçisi üçü ardıcıl olmaqla 13 dəfə Avropada hamıdan güclü olub ki, bu da bir rekorddur. Onları Milan (7 dəfə) və Liverpool (5 dəfə) izləyir.
Kristianu Ronaldo isə beşinci dəfə ÇL-nin qalibi olaraq öz rekordunu müəyyənləşdirib. O, bir dəfə Manchester United-lə (2008), 4 dəfə isə Real-la (2014, 2016, 2017, 2018) bu mükafata sahib çıxıb.
Milli.Az