Zinəddin Zidanın istefasından sonra "Real Madrid"in baş məşqçisi postuna ən real namizədin adı məlumdur.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ən real namizəd Maurisio Poçettinodur. "Tottenhem" mayda argentinalı mütəxəsislə müqaviləni 2023-cü ilin yayına kimi yeniləsə də, onun adı ara-sıra "Real Madrid"lə hallanırdı.
Eyni zamanda qeyd olunur ki, Poçettino və rəhbərlik arasında şifahi razılıq var. Ona "Real" və ya PSJ-dən təklif gəlsə, tərəflər əməkdaşlığa xitam verə bilər.
Milli.Az