"Real Madrid"in futbolçusu Kriştianu Ronaldu Zinəddin Zidanın istefa verməsinə münasibət bildirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bununla bağlı o, özünün "İnstaqram" hesabından yazıb:
"Sənin oyunçun olduğum üçün qürur duyuram. Cənab, çox təşəkkür edirəm".
Xatırladaq ki, Zidan "Real Madrid"ə 2016-cı ilin yanvarında baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə İspaniya superkubokunun qalibi olub. Zidan ötən gün istefa verdiyini açıqlayıb.
Milli.Az