Zinəddin Zidanın "Real"dan istefa verməsi "kral klubu"nun futbolçularını məyus edib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Real"ın futbolçuları sosial şəbəkələr vasitəsilə Zidanla vidalaşıblar. Onlar fransız məşqçinin ünvanına tərif yağdırıblar.
Serxio Ramos: "Siz futbolçu kimi də, məşqçi kimi də zirvədə olarkən getmək barədə qərar verdiz. İnanılmaz 2,5 ilə görə təşəkkürlər. Bu illəri unutmaq olmaz. Bu, bizim klubun tarixində ən uğurlu dövrlərdən biridi".

Marselo: "Cənab Zidan! Mən sizdən çox şey öyrəndim. Mən hər oyunda, hər məşqdə, sizinlə hər söhbətdə uşaq kimi sevinirdim. Çox sağ olun! Siz mənim üçün xüsusi insansız. Siz tarixə layiqli şəkildə daxil olduz: iş, özünəinam, əzab və ən əsası, ciddilik. Sağ olun!"

Milli.Az