Zinəddin Zidanın sürpriz istefasından sonra baş məşqçi axtarışına çıxan “Real Madrid” 30 yaşlı yuliyan Naqelsmanna təklif göndərib.
Publika.az xəbər verir ki, Almaniya liqasında oyanayan “Hoffenheym”i çalışdıran baş məşqçi İspaniya klubun təklifini qəbul etməyib.
Almaniyanın “Bild” nəşrində yer alan xəbərə görə, Naqelsman “Hoffenheym”dən ayrılmaq istəmədiyini bildirib. Onun hazırkı klubu ilə 2021-ci ilə qədər müqavilə müddəti var.
Qeyd edək ki, baş məqşçi daha öncə “Bavariya”nın da təklifini rədd etmişdi.
Onun çalışdırdığı “Hoffenheym” 55 xalla mövsümü 3-cü sırada bitirib və Çempionlar Liqasına vəsiqə qazanıb.
Zümrüd