"Çelsi" və Fransa millisinin hücumçusu Olivye Jiru yığmada vurduğu qolların sayını Zinəddin Zidanla bərabərləşdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli forvard bununla kifayətlənmək fikrində olmadığını bildirib.

"Mən millidə vurduğum qolların sayına görə Zidana çatdım. Bu şərəfi məndən heç kim ala bilməz. Trezeqedın 3 qol geri qalıram. Mən bacardığım qədər qollar vurmağa çalışacam. Bu, məqsədim və qarşıma qoyduğum hədəfdir".

Hazırda Jirunun aktivində 31 qol var. Fransa millisinin bombardirləri arasında Tyerri Anri (51 qol), Mişel Platini (41) və David Trezeqe (34) ilk üçlükdədir.

Milli.Az