Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilir:
|
Həsənov Əli Məhəmmədəli oğlu |
- |
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri |
|
Bayramov Ceyhun Əziz oğlu |
- |
Azərbaycan Respublikasının təhsil naziri |
|
Qarayev Əbülfəs Mürsəl oğlu |
- |
Azərbaycan Respublikasının mədəniyyət naziri |
|
Rəhimov Azad Arif oğlu |
- |
Azərbaycan Respublikasının gənclər və idman naziri |
|
Hüseynova Hicran Kamran qızı |
- |
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri |
|
Qurbanlı Mübariz Qəhrəman oğlu |
- |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri |
|
Amaşov Əflatun Əhməd oğlu |
- |
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı. |
Milli.Az