İspaniyanın "Betis" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisi "Deportivo"nun müdafiəçisi Sidneyi transfer edib. Bu barədə klubun rəsmi saytı xəbər verib. 28 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Əndəlüs təmsilçisi braziliyalı futbolçu üçün klubuna 5 milyon avro ödəyəcək.
Sidney karyerası ərzində "İnternasional", "Benfika", "Beşiktaş", "Espanyol" və "Deportivo" klublarında forma geyinib.
Milli.Az