Bu gün avrokuboklarda pley-off mərhələsinin püşkü atılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşəcək.

Ağdam klubu 3-cü təsnifat mərhələsində BATE səddini keçəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq. Bu halda Qurban Qurbanovun komandası pley-off-un püşkü zamanı səpələnmişlər səbətində yer alan PSV (Hollandiya), həmçinin "Zalsburq" (Avstriya) - "Şkendiya" (Makedoniya), "Seltik" (Şotlandiya) - AEK ("Yunanıstan), "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütlüklərinin qaliblərindən biri ilə düşə bilər

Çempionlar Liqası, pley-off mərhələsi

Çempionlar Yolu

Səpələnmişlər

"Zalsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi
PSV (Hollandiya)

"Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi

"Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi

Səpələnməmişlər

"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi
"Yanq Boyz" (İsveçrə)

"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi

Liqa Yolu

Səpələnmişlər

"Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi

"Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi

Səpələnməmişlər

"Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi

PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi

Qeyd edək ki, pley-off-un ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.

Milli.Az