"Ruhlardan uşaqlarımı qorumalıyam" dedi: Ərini döyüb öldürdü - FOTOLAR

Avstraliyanın tanınmış modellərindən olan 40 yaşlı Rakel Hatçinson və onun 39 yaşlı sabiq məşuqu Pol Uilsinson qətldə suçlanaraq həbs ediliblər.

Metbuat.az milli.az-a istinadən bildirir ki, sabiq bikini modeli məşuqu ilə əlbir olaraq ərini öldürüb.

"Ərim ruhlarda danışırdı, insanların bədənlərindən cin çıxarmaqla məşğul olduğunu deyirdi. Uşaqlarımı ondan qorumaq üçün belə etdim. Çünki ərim uşaqlarıma qarşı zorakılıq edirdi", - R.Hatçinson deyib.

R.Şatçinson məşuqu ilə əlbir olub, ərini Sidneyin kənarındakı evinə çağırıb.

Hatçinson burada ərini pilləkəndən itələyərək çıxıb, kim təmizləmək üçün nəzərdə tutulmuş məhlulu onun üzünə püskürdüb, "Etiraf et, ya da səni öldürəcəyəm!" bağırıb.

Daha sonra 41 yaşlı kişi döyülüb, əl-qolu bağlı, qan içində maşının yük yerinə atılıb. Onun cəsədi Avstraliyanın Yeni Cənubi Uels əyalətində, yol kənarındakı kolluqda tapılıb.

Polisdən verilən məlumata görə, mərhum qətlə yetirilməzdən əvvəl uzun müddət, amansızcasına döyülüb.

"Ərim psixi baxımdan yetkin insan deyildi. O, ruhlara qarşı mübarizə apardığını deyirdi. Psixiatrik klinikalarda və həbsxanalarda "ruh ovu"na çıxırdı. Üstəlik, sabiq arvadını da qətlə yetirmişdi", - R.Hatçinson polisdə ifadə verərkən söyləyib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR