"Biz xoşbəxtik, əl çəkin..." - Xoşqədəm əsəbiləşdi

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə istifadəçilərinin ona həyat yoldaşı Doğuşla bağlı fotolar göndərdiyini etiraf edib.

Metbuat.az-ın məlumatına görə, aparıcı "İnstagram" səhifəsində yazdığı mesajda bildirib ki, bunlara əhəmiyyət vermir:

"Dedim, bir mənə gələn mesajlara baxım. Baxdım və bir saxta hesabdan gələn foto diqqətimi çəkdi. Xatırlayırsınız, illər öncə "Show TV"də "Bənzəməz kimsə sənə" layihəsi gedirdi və çox da reytinqliydi. O layihədə mənim həyat yoldaşım da vardı. Doğuş Ebru Gündeşi təqlid etmişdi. Qeyd edim ki, layihədə kulisdə iştirakçıların hazırlığına qədər göstərilirdi ki, Doğuşun da görüntüsü var idi. Hətta o hazırlıqdan fotoları belə özü "Twitter" hesabından paylaşırdı. İndi bu saxta hesabdan mənə şəkil göndərən kişimi, qadınmı, kişicikmi deyim bilmirəm, nə demək istəyib anlamıram. İndi bu qadın paltarı geyinən aktyorlar görən neyləsin.

Niyə özünüzü öldürürsünüz, biz yaşıyırıq, Moşu demiş, "xoşvaxtıx", halımızdan məmnunuq. Ay sənə qurban olum oranı-buranı axtarmaqdansa, get xoşbəxt ol da... Dörd il oldu, iki nur topu kimi aslanlar doğuldu, 3 yaşları olacaq. Əl çəkin, biz xoşbəxtik. Kimsəyə toxunmadan yaşayırıq. bir "Maşallah" deməyi də unutmayın".

Qadınları öldürüb qara çamadana qoyur - Əhali qorxu içindədir - oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR